Vilyam Hacıyev İmişli İH-də 4 nəfəri niyə qovub? - SKANDAL
3-05-2016, 18:00
Bu günlərdə İmişlinin icra başçısı Vilyam Hacıyev İcra Hakimiyyətinin 4 işçisini işdən çıxarıb. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən prtokol şöbəsinin, təhsil və mədəniyyət şöbələrinin məsləhətçiləri və rəhbərləri işlərini itiriblər. Məlumata əsasən işçilərin işini itirməsinə səbəb son zamanlar Hesablama Palatasının adıçəkilən rayonda apardığı yoxlamalardır. Bildirilir ki, icra başçısı rayonun ümumi iqtisadi göstəriciləri ilə bağlı son zamanlar bəzi rəqəmlərin saxtalaşdırılmasına görə «günah keçiləri» axtarışına çıxıb.
Rayondakı mənbələr bildirir ki, dövlət büdcəsindən dotasiya almayan rayonlardan olan İmişlidə manatın devalvasiyasından sonra göstəricilər kifayət qədər aşağı düşüb. Rayon ərazisindəki bir sıra istehsal müəssisələrinin gəlirləri kəskin azalıb. Nəticə etibarilə də rayonun gəlirlər və xərclər üzrə iqtisadi göstəriciləri dəyişib.
İcra başçısı Vilyam Hacıyev isə rayonda bir sıra təmir-tikinti və abaldıq işlərinin davam etdirir. Nəticə etibarilə də lüzumsuz xərclər istifadi edilir. Hansı ki, dövlət başçısı da son zamanlar yaranmış böhranlı vəziyyətlə bağlı məmurlara tapşırıq verib ki, lüzumsuz xərcləri azaltsınlar. Lakin İmişlidə sahibkarların gəlirləri azalsa da, İcra Hakimiyyəti davamlı olaraq lüzumsuz xərclər üzrə smetalar tərtib edir.
Gundeminfo.az-a danışan mənbə bildirir ki, V.Hacıyev artıq Hesablama Palatası tərəfindən ortaya çıxan faktların «günahkarları»nı İcra Hakimiyyəti binasında tapıb. İşdən çıxarılanlara isə sadəcə olaraq «ərizə yaz çıx» göstərişi verilib.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. İcra Hakimiyyətində işdənçıxarılmalarla bağlı əlavə bilgilər də verəcəyik.