Roman Abramoviç sanksiyalara görə Aİ Şurasını MƏHKƏMƏYƏ VERDİ - Bir milyon dollar...
18-07-2022, 08:07
Roman Abramoviç sanksiyalara görə Aİ Şurasını məhkəməyə verib.
Rusiyalı oliqarx Roman Abramoviç Aİ-dən ona sanksiyaların vurduğu zərərin ödənilməsini tələb edib.
Milyarder məhkəmə yolu ilə İngiltərənin “Çelsi” futbol klubunun satışından gəlir əldə etmək üçün yaradılmış xeyriyyə fonduna 1 milyon dollar köçürülməsini istəyir.
Abramoviç hesab edir ki, sanksiyalar onun Avropa İttifaqının qorumalı olduğu hüquqlarını pozur.
Xatırladaq ki, biznesmen Portuqaliya vətəndaşıdır.