NATO qərargahındakı arı pətəklərinin sayı artırılıb

25-08-2022, 12:34           
NATO qərargahındakı arı pətəklərinin sayı artırılıb
Uğurlu bal yığımından sonra NATO-nun qərargahı pətəklərin sayını iki dəfə artırmaq qərarına gəlib.

Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

“2020-ci ilin aprel ayından NATO-nun Baş Qərargahında daha geniş yaşıllaşdırma təşəbbüsünün bir hissəsi olaraq bir neçə arı pətəyi yerləşdirilib. Uğurlu bal istehsalı sayəsində iki arı pətəyi ilə başlayan bu sayı indi iki dəfə artaraq dördə çatıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, NATO-da ildə orta hesabla 25 kq bal toplanır. Balın böyük hissəsi alyansın xeyriyyə bazarında satılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru