Zaporojye AES-də təhlükəli anlar - Tarixdə ilk dəfə elektrik şəbəkəsindən ayrıldı 173

26-08-2022, 00:02           
Zaporojye AES-də təhlükəli anlar -
Zaporojye Atom Elektrik Stansiyası tarixdə ilk dəfə olaraq elektrik şəbəkəsindən ayrılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Nüvə Elektrik Şirkəti “Enerqoatom” məlumat yayıb.
Məlumata görə, nüvə obyekti yaxınlığında baş verən yanğınlar elektrik stansiyasını Ukraynanın elektrik şəbəkəsinə birləşdirən xətləri zədələyib. Ukrayna bu yanğınlara görə Rusiyanı günahlandırır. Həmçinin, bildirir ki, yanğından zərər görməyən hissələr də elektrik şəbəkəsindən ayrılıb.
Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES Ukraynanın cənub-şərqində yerləşir. Bura martın 4-də rusların əılinə keçib. Rusiya ordusunun nəzarətində olan elektrik stansiyasının ətrafında artilleriya hücumları həyata keçirilir. Bu isə bütün Avropanı narahat edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.