Rus qoşunlarına əmr gəldi –

27-10-2022, 07:45           
Rus qoşunlarına əmr gəldi –
Rusiya hərbi qüvvələri Svatovski istiqamətində müdafiə xətti qurmağa çalışırlar.

TEREF.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna ordusunun Şərq Qüvvələri Komandanlığının sözçüsü Sergey Çerevatı məlumat verib.

“Svatovski istiqamətində hücum davam edir. Bu gün orada beş hərbi maşından ibarət konvoy artilleriya məhv edilib. Həmçinin Luqansk vilayətinin Novoivanovka kəndində sursat anbarı və “Kadırovçu” adlanan bölmədən on nəfər məhv edilib. Düşmən orada müdafiə xətti qurur, relyefdən, mühəndis vasitələrindən maksimum yararlanmağa çalışırlar. Ona görə də bu imkanlarını məhv etmək üçün ilk növbədə artilleriya üzərində işləyirik”, – sözçü bildirib.

Çerevatı rus qoşunlarına Svatovskini itirməmək əmri verildiyini söyləyib.

Onun sözlərinə görə, rus ordusu Baxmut və Avdeyev istiqamətində Ukrayna ordusunun müdafiəsini yarmağa çalışsa da, müsbət nəticə əldə bilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru