İranda kütləvi iğtişaşlar nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb 29-10-2022, 11:10 İranın Zahedan şəhərində yerləşən Məkki məscidində kütləvi iğtişaşlar baş verib.“Report” “Tasnim”ə istinadən xəbər verir ki, naməlum şəxslər mülki əhaliyə və polislərə atəş açıblar.Hadisə nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.Bildirilib ki, bir qrup vətəndaş yoldan keçən avtomobillərə zərər vurmağa çalışıb. Facebook-da paylaş