İlon Mask “Tesla”nın daha 4 milyard dollarlıq səhmlərini satıb

9-11-2022, 11:30           
İlon Mask “Tesla”nın daha 4 milyard dollarlıq səhmlərini satıb
İlon Mask “Twitter”i alandan cəmi bir həftə sonra “Tesla” şirkətindəki səhmlərinin bir hissəsini satışa çıxarıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, 4-8 noyabr tarixləri arasında sahibkar şirkətin 3,95 milyard ABŞ dolları dəyərində 19,5 milyon ədəd səhmini satıb.

Qeyd edilir ki, noyabr ayının əvvəlindən “Tesla”nın qiymətli kağızlarının dəyəri bir səhm üçün 227 ABŞ dollarından 191 ABŞ dollarına düşüb. İlin əvvəlindən Mask şirkətin 19 milyard dollarıq səhmlərini satıb.

Xatırladaq ki, oktyabrın 27-də Mask 44 milyard ABŞ dollarına “Twitter” sosial şəbəkəsini aldı. Bundan dərhal sonra iş adamı şirkətin rəhbərliyində olan bəzi şəxsləri işdən çıxarıb. O, işçi heyyəti demək olar ki, iki dəfə azaltmağı planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru