56 yaşlı qadın oğlunun uşağını dünyaya gətirdi: Sözləri hər kəsi şoka saldı FOTO

11-11-2022, 17:47           
56 yaşlı qadın oğlunun uşağını dünyaya gətirdi:
56 yaşındakı Nansi Hauck gəlini Cambria Hauckun iki dəfə ardıcıl əkiz uşaqlar dünyaya gətirməsindən sonra, başqa bir hamiləliyi apara bilməyəcəyinə dair həkim rəyindən sonra oğlu Jeffin körpəsinə daşıyıcı ana olmağı qəbul edib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, tibbi müayinələrdən sonra həkimlər yaşına baxmayaraq Nansinin yaxşı bir analığa namizəd olduğunu deyiblər.
Embrion transferinin ardından hamile qalan qadın noyabrın 2-də Hanna adlı körpəni dünyaya getirib.

Nansi 9 saat doğum sancısı çəkdiyini, 3 kiloqram çəkisi olan uşaq dünyaya gətirdiyini deyib.

Gəlini qaynanasının şəklini paylaşaraq, "o hər tərəfli mükəmməl insandır" - deyə yazıb.

Ancaq Nansi Hauckun doğumdan sonra vediyi açıqlama böyük reaksiya doğurub. O uşağın əlindən alınıb oğlunun evinə aparılmasından dolayı kədərli olduğunu deyib və bildirib ki, uşaqla arasında duyğusal bağ var. Qadını tənqid edənlər "Bunun belə olacağı bəlli deyilmiydi?" -deyə şərh yazıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.