İranda neft emalı zavodunda güclü yanğın baş verib

14-11-2022, 00:01           
İranda neft emalı zavodunda güclü yanğın baş verib
Bazar günü İranın mərkəzi hissəsində yerləşən İsfahan əyalətinin Mobarak sənaye şəhərində neft emalı zavodunda güclü yanğın baş verib. Bu barədə yerli təhlükəsizlik xidməti məlumat yayıb.

Məlumata görə, yanğın avtomobil yağı istehsalı zavodunu əhatə edib. Onun söndürülməsinə 20 yanğınsöndürmə briqadası cəlb olunub. Müəssisənin əməkdaşları təcili təxliyə edilib.

İlkin məlumata görə, insident zamanı 15 nəfər xəsarət alıb.

Yanğının lokallaşdırıldığı bildirilir.

Qeyd edək ki, ümumilikdə yanğının baş verdiyi ərazidə 400-ə yaxın sənaye obyekti var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru