Rəşad Dağlının oğlunun adından saxta hesabla pul toplanır FOTO

14-11-2022, 08:38           
Rəşad Dağlının oğlunun adından saxta hesabla pul toplanır  FOTO
Rəşad Dağlının oğlunun adından saxta hesabla pul toplanır
Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının azyaşlı oğlunun adına saxta sosial şəbəkə hesabı açılaraq meyxanaçıya dəstək adı ilə pul yığılır.
Meyxanaçının və oğlu Yusifin TikTok səhifələrində məlumat paylaşılıb.
Paylaşımda saxta hesabın Rəşad Dağlının oğlu ilə əlaqəsi olmadığı, dələduzluq məqsədilə yaradıldığı bildirilib.

Məsələ ilə bağlı Rəşad Dağılının vəkili də açıqlama yayıb. Vəkil yardım adı ilə yığılan pulların meyxanaçının ailəsi ilə əlaqəsi olmadığını deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələdən məlumatlıdırlar. Hazırda araşdırma aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru