Cənubda qanlı döyüşlər: Çox sayda düşmən qüvvəsi məhv edildi

14-11-2022, 11:28           
Cənubda qanlı döyüşlər:
Ukrayna Silahlı Qüvvələri Dnepr çayının sol sahilində rus qoşunlarının cəmləşdiyi dörd əraziyə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Cənub” əməliyyat komandanlığı bildirib.

Qeyd olunub ki, Rusiya ordusu Dnepr çayının sol sahilində müdafiə qurğuları qurmağa davam edir:

“İşğalçılar Ukrayna qoşunlarını və Dnepr çayının sağ sahili boyunca işğaldan azad edilmiş yaşayış məntəqələrini aviasiya, ağır artilleriya, reaktiv yaylım atəşi sistemləri və minaatanlardan atəşə tutmaqda davam edir. Ukrayna aviatorları sol sahildə düşmənin canlı qüvvəsi, silah və texnikasının cəmləşdiyi 4 ərazini vurub. Raket və artilleriya bölmələri 33 atəş missiyasını yerinə yetirib. Rus ordusunun 40 əsgəri və 7 zirehli texnikası məhv edilib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru