Nigeriyada cadugərliyə görə 20-dən çox qadın öldürüldü

15-11-2022, 12:35           
Nigeriyada cadugərliyə görə 20-dən çox qadın öldürüldü
“Boko Haram” qruplaşmasının terrorçuları Nigeriyanın şimal-şərqində cadugərlikdə şübhəli bilinən 20-dən çox qadını qətlə yetiriblər.

Qətliama səbəb silahlı qrupun komandirlərindən birinin üç uşağının qəfil ölümü olub. O, Ahraza kəndinin (Borno ştatı) 40-dan çox sakinini hadisədə iştirakda ittiham edib.

Nəticədə “Boko Haram” üzvləri 14 qadını, sonra daha 12 qadını güllələyiblər. Onların hamısı terrorçular tərəfindən cadugər olmaqda günahlandırılıb.

Borno əyalətində qruplaşma tərəfindən tutulan digər qadınların taleyi hazırda məlum deyil.

Hadisə ilə bağlı Nigeriya təhlükəsizlik xidmətləri araşdırma aparır.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.