Ukrayna Macarıstana neft nəqlini dayandırdı

16-11-2022, 08:06           
Ukrayna Macarıstana neft nəqlini dayandırdı
Ukrayna “Transneft”ə Macarıstan istiqamətində “Drujba” kəməri vasitəsilə neftin nəqlini dayandırdığı barədə məlumat verib.

Bunu “Transneft”in sözçüsü İqor Demin bildirib.

“Ukrayna tərəfdən bizə məlumat daxil olub ki, gərginlik azalması səbəbindən nasosun dayandırılması barədə məlumat verilib”, - deyə o deyib.

Hadisə ilə bağlı Macarıstanın baş naziri Viktor Orban ölkənin Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Qeyd edək ki, “Drujba” neft kəməri Belarusun neft emalı zavodlarına neft tədarükünü və onun Avropaya tranzitini təmin edir. Boru kəməri Samara vilayətindən başlayır, Belarus, Ukrayna, Polşa, Çexiya, Slovakiya, Almaniya, Macarıstan, Latviya və Litvadan keçir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru