Moskvada TERROR QORXUSU: 3 nömrəli təhlükəsizlik dərəcəsinə keçildi

16-11-2022, 09:09           
Moskvada TERROR QORXUSU:
Rusiyanın Moskva şəhərinin Şeremetyevo, Domodedovo və Vnukovo hava limanlarında noyabrın 10-dan terror aktları təhlükəsinin maksimum səviyyəsini tətbiq edilib.

Publika.az xəbər verir ki, bu barədə "Rostransnadzor"un hava limanlarına və aviadaşıyıcılara göndərdiyi məktuba istinadən "İzvestiya" qəzeti məlumat yayıb.

"10 noyabr 2022-ci il saat 00:00-dan 3 nömrəli təhlükəsizlik dərəcəsinə uyğun olan nəqliyyat kompleksinin fəaliyyətinə terror xarakterli qanunsuz müdaxilə aktının törədilməsi təhlükəsi müəyyən edilsin", - deyə məktubda bildirilir.

"Rostransnadzor" həmçinin aviaşirkətləri təhdidlərin yeni səviyyəsinə uyğun əlavə təhlükəsizlik tədbirlərinin görülməsi zərurəti barədə məlumatlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru