Çində qurumuş gölün dibindəki naxışlar görənləri heyrətləndirdi - FOTO

17-11-2022, 12:34           
Çində qurumuş gölün dibindəki naxışlar görənləri heyrətləndirdi - FOTO
Çində qurumuş gölün dibində peyda olan naxışlar insanlarda təəccüb yaradıb. Şaidlərin fikrincə, bu rəsmlər o qədər gözəldir ki, sanki Yerdən kənar mənşəlidir.

Aylar boyu davam edən şiddətli quraqlıq Hunan əyalətindəki Donqtinq gölündən suyun təxminən 70%-nin buxarlanmasına səbəb olub. Gölün qırmızı, palçıqlı dibində gözəl təsvir nümunələri aşkar edilib.

Hu adlı yerli sakin yuxarıdan bu rəsmlərin bir neçə fotosunu çəkib və görüntüləri sosial şəbəkələrdə yerləşdirib.

Bəziləri naxışların yadplanetli sivilizasiyadan gələn bir mesaj olduğunu iddia edib, digərləri isə gölün qurumasından daha çox narahat olduqlarını bildiriblər.



Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru