Almaniya Ukraynaya 19 "Leopard 2" tankı verə bilər

22-01-2023, 09:35           
Almaniya Ukraynaya 19 "Leopard 2" tankı verə bilər
Almaniya Bundesverin ehtiyatlarından Ukraynaya 19 "Leopard 2" döyüş tankı verə bilər. "Report" xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin yayının əvvəlindən Almaniya Müdafiə Nazirliyində "Leopard" tanklarının müxtəlif modellərinin ətraflı siyahısı var.

“Der Spiegel”ə görə, Bundesverdə ümumilikdə müxtəlif modelli 312 "Leopard 2" tankı var. Ötən ilin may ayında 99-da təmir işləri aparılıb, biri isə istismardan çıxarılıb.

Bu tanklar döyüş təlimləri və manevrlər zamanı düşmən tanklarını simulyasiya etmək üçün istifadə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru