"Baktel"də də vergi xəyanəti, sahibi ölkədən qaçıb – TƏFƏRRÜAT

15-05-2015, 11:43           
Bakıdakı "Mobitel" şirkətində vergi yoxlamaları aparılıb. Bu yoxlamalar zamanı ortalığa ciddi qanun pozuntuları çıxıb. Vergi müfəttişləri şirkəti külli-miqdarda cərimələyib.
"Baktel"də də vergi xəyanəti, sahibi ölkədən qaçıb – TƏFƏRRÜAT
Bu zaman şirkətin anbarları möhürlənməli olub. Qafqaz Xəbər Agentliyinə verilən məlumatda iddia olunur ki, vəziyyətin təhlükəli olduğunu başa düşən şirkətin sahibi Araz Mehdiyev ölkəni tərk edib.
Məlumatda deyilir ki, getməzdən öncə sahibi olduğu bir neçə şirkəti satmağa cəhd edib. Ancaq istəyi baş tutmayıb. A.Mehdiyevin kritik vəziyyətini görən müştərilər şirkətləri almağa risk etməyiblər. Hazırda A.Mehdiyevin Dubayda gizləndiyi xəbəri yayılıb.
Bu şirkət rəhbəri “Baktel” şirkətinin sahiblərindən biridir. "Baktel"-in digər sahibi keçmiş daxili işlər naziri, mərhum Məhəmməd Əsədovun oğlu Rasim Əsədovdur. "Baktel" Azercell tərəfindən yaradılan alt distribüterlərin (əslində qeyri-qanuni monopolist qurum ) əsas üzvlərindən biridir.
Məlumat üçün qeyd edək ki, Azercell tərəfindən yaradılan qeyri-qanuni qurumun üzvləri arasında bölünən kvotanın çox hissəsi Baktell-in payına düşür. Qeyd olunur ki, Rasim Əsədov Avenuye paltar dükanları şəbəkəsinin sahibidir. Hətta bir neçə ay öncə şirkətin bir hissəsinə Nizami Piriyev sahib olub.
Xatırladaq ki, son vaxtlar bəzi oliqarxların başının üstündə qara buludlar dolaşmaqdadır. Hətta bəzi biznesmenlər dələduzluq və ictimai əmlakı mənimsəmək səbəbi ilə həbs olunublar. Baş verənlərdən təşvişə düşən bəzi sahibkarlar çıxış yolunu hansısa ölkəyə qaçmaqda görürlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.