Paşinyan iqtidarı KTMT-nin keçmiş rəhbərinin oğlunu həbs edir – orduda kadr islahatı

17-03-2023, 00:07           
Paşinyan iqtidarı KTMT-nin keçmiş rəhbərinin oğlunu həbs edir –
Xocalı qatili Seyran Ohanyanın cinayət işi araşdırılarkən saxlanılıb

Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu, general-mayor Qriqori Xaçaturov iki ay müddətinə həbs olunacaq.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Apellyasiya Məhkəməsi Baş prokurorun vəsatətini təmin edib.

Bundan əvvəl Baş Prokurorluq Qriqori Xaçaturovun həbsindən imtina edən Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə müraciət etmişdi.

Baş prokuror Anna Vardapetyan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın cinayət işinin araşdırılması üçün parlamentdən icazə aldıqdan sonra 3-cü Ordu Korpusunun keçmiş komandiri saxlanılıb. Xaçaturova qarşı cinayət işinin tərkibində iki hərbi hissənin ərazisinin satılması ifaktları da var. Lakin vəkillər həbs üçün heç bir əsas olmadığını iddia edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.