Məhkəmə Ayaz Şabutdinovun 17 hesabındakı vəsaitə həbs qoyub.
32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, bu barədə Moskva prokurorluğu məlumat yayıb.
Məlumatda dekabrın 6-da məhkəmənin bloqqer və sahibkar Ayaz Şabutdinovun 17 hesabındakı pula həbs qoyulduğunu açıqlanıb.
Həbs iş üzrə zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsini təmin etmək məqsədilə verilib.
Bundan başqa, axtarışda olan 35 yaşlı şərikinin müxtəlif banklarda açılmış 11 hesabı da həbs edilib.
Xatırladaq ki, milyonçu bloger internet istifadəçilərinin biznes kurslarının satışında aldadılması ilə bağlı bir neçə dəfə açıqlamalarından sonra məsuliyyətə cəlb edilib. Bloger səkkiz cinayətdə, o cümlədən 4 milyon rubl dələduzluqda ittiham olunur.