Sevindik Hətəmov Salyanı belə "abadlaşdırır" - FOTO

28-07-2016, 20:20           

Salyan İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonda abadlıq işlərinə başlayıb. Amma əksər həmkarları kimi o, da işlərə yaşıllıqları məhv etməklə start verib.

Salyandan verilən məlumata görə, rayon avtovağzalının qarşısında söküntü işlərinə başlanılıb. Bildirilib ki, İcra Hakimiyyəti burda abadlıq işləri aparır. Lakin şəkillərdən də açıq-aydın göründüyü kimi, burda abadlıq işlərindən daha çox, "ağac soyqırımı" aparılır. Onillərlə yaşı olan nəhəng acağlar Sevindik Hətəmovun avtovağzala göndərdiyi ağırtonnajlı kranlar vəsitəsi ilə yerlə-yeksan edilir.
Görünən odur ki, Sevindik Hətəmov əksər həmkarları kimi yeni təyin olunduğu rayonda "gözünə pis görünən obyektləri" sökdürüb, yerində yenilərini tikdirmək qərarına gəlib. Bunun adını da "abadlıq" qoyub, dövlətin büdcəsini, insanların əsəblərini talayır.

Prezident İlham Əliyev hər hansı rayona icra başçısı təyin edəndə, ona ilk tapşırığı rayonda abadlıq işləri aparmaq olur. Bunun üçün dövlət büdcəsindən kifayət qədər vəsait də ayrılır. Amma təəssüf ki, əksər məmurlar prezidentin tapşırığını yalnış yöndən icra edərək, ilk işləri özlərindən əvvəlkilərin qurub-yaratdıqlarını dağıtmaq və yenidən böyük pullar xərcləyərək yenilərini tikmək olur. Deyəsən, Sevindik Hətəmov da eyni yolu seçmək qərarına gəlib. Sələfi Tahir Kərimovun tiktiklərini sökən yeni icra başçısı insanların əsəbləri ilə oynamaq bir yana, ağaclara da qənim kəsilib...

Yeri gəlmişkən, avtovağzal ərazisində "ağac terroru"nun səbəblərini öyrənmək üçün Salyan rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 5-6 zəngdən sonra telefona cavab verən və adını açıqlamayan İcra Hakimiyyətinin işçisi "Əstəğfrullah, Sevindik müəllim qurub-yaradır, abadlıq işləri aparır" deyərək az qala bizi borclu çıxartdı.

Qaynarinfo.Az














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.