Xaləddin İsgəndərovun “qisas əməliyyatı”

29-07-2016, 08:03           
Xaləddin İsgəndərovun “qisas əməliyyatı”
İcra başçısı Sumqayıt avtobuslarının Binəqədiyə girişini yasaqlaya bilər

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun münasibətlərin son aylar kəskinləşdiyi hər kəsə bəllidir. Xüsusilə də, Novxanı. Fatmai, Coradil kəndlərinin bağ massivinin Binəqədidən alınıb Sumqayıta verilməsi münasibətləri daha da gərginləşdirib.

24saat.org-un əldə etdiyi məlumata görə, Z.Fərəcovla mübarizədə ard-arda məğlubiyyətlər yaşayan və ciddi nüfuz itkisinə uğrayan X.İsgəndərov qisas əməliyyatına hazırlaşır. Bu əməliyyatın mahiyyətini isə Sumqayıt-Binəqədi marşurutu üzrə hərəkət edən avtobusların Binəqədiyə buraxılmaması təşkil edir. Belə ki, söhbət 985 nömrəli avtobuslardan gedir ki, bu avtobusların sonuncu dayanacağı mərkəzi Binəqədi adalanan yerdir ki, X.İsgəndərovun planı bu avtobusların Binəqədiyə daxil olmasını önlməkdir.

İcra başçısı öz planını bu avtobusların Binəqədiyə daxil olmasının rayon mərkəzi daxilində sıxlıq yaratdığı iddiası ilə əsaslandırmağa çalışır. Lakin mənbə X.İsgəndərovun bu məsələdə uğur qazanmasının o qədər də asan olmayacağı qənaətindədir. Mənbə hesab edir ki, son illər öz kariyera və siyasi yüksəlişinin zirvəsini yaşayan Z.Fərəcov bu addımdan X.İsgəndərova qarşı istifadə etmək ehtimalı kifayət qədər böyükdür və bu həmlə Binəqədi icra başçısı üçün yeni bir məğlubiyyətin başlanğıcını qoya bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.