Ağalar Vəliyevin rəhbərlik etdiyi "Azəraqrartikinti" ASC iflas həddindədir

29-07-2016, 22:34           
Ağalar Vəliyevin rəhbərlik etdiyi "Azəraqrartikinti" ASC iflas həddindədir
Qurumun nəzarətindəki tikinti obyektlərinin taleyi isə hələ də qaranlıq qalır Dövlətimizin ən sanballı tikinti təşkilatı olan "Azəraqrartikinti" ASC-nin rəhbəri Ağalar Vəliyev yenə gündəmdədir. Lakin bu dəfə təhvil verə bilmədiyi sosial obyektlərlə bağlı aldığı xəbərdarlıqlara görə millət vəkilinin əməlli-başlı başağrısına düçar olduğu bildirilir. Məsələ ondadır ki, yarımçıq qalmış mühüm sosial obyektlərin əksəriyyətinin smeta dəyəri dövlət tərəfindən podratçı təşkilata odənilsə də, işlər başa çatdırılmayıb. Gundelik-baku.com-un məlumatına görə, digər tərəfdən, Ağalar Vəliyevin bu günədək işlətdiyi subpodratçılara da xeyli miqdarda borclu qalması real faktdır. Düzdür, deputat deyilənə görə bu məsələ ilə bağlı bildirib ki, onun bəzi firmalara borcu müvvəqqətidir. Lakin Ağalar Vəliyevin tikintisini apardığı obyektlərdə artıq bir neçə ildir ki, işlər aparılmır. Bu isə deməyə əsas verir ki, "Azəraqrartikinti" rəhbəri üçün deputatlıq uğuru ilk növbədə onun şəxsi planları ilə bağlı ola bilər. Əsas məsələ deputat mandatı əldə etmək iidi, bu da baş verdi. Deməli bu toxunulmazlıq statusundan mümkün təhdidlərə qarşı necə deyərlər, qalxan kimi istifadə etməyə dəyər. Bu gün "Azəraqrartikinti"nin nəzarətində olan demək olar ki, bütün tikintilərdə işlərin dayandırıldığını müşahidə etmək olar.Bu nə deməkdir? Hanı üst-üstə milyardları aşan layihələrin gətirdiyi dividendlər? Necə olur ki, dövlət subsidiyası olmadan bu qurum daşı daş üstünə qoymaq iqtidarında görünmür? Halbuki, ölkə rəhbərliyinin diqqət və qayğısı bu qurumun üzərindən heç zaman əskik olmayıb. Demək,dövlətin büdcə vəsaitlərinin ayrı-ayrı yüksək ranqlı məmurlar tərəfindən pay-püş edilməsini ehtmal etməyə ciddi əsaslar var. Ağalar Vəliyevin bu işdə də müəyyən təcrübəsinə işləyən sirləri az deyil. Ağalar Vəliyev oğlu Pərviz Vəliyevin adına qeydiyyatdan keçirdiyi "PZ Servis" MMC, qardaşı oğlu Ramin Vəliyevin adına təsis etdiyi "Azital Inşaat" MMC hesabına öz şəxsi biznesini genişləndirə bilir, özü də rahat şəkldə, yəni heç bir maneəsiz. Tikinti sektorunda yaranmış durğunluq sanki bu şirkətlərə aid deyil. "Azəraqrartikinti"nin bölgə filialları rəhbərləri üçün şəxsi biznesin hayına qalmaq sanki bir normaya çevrlib. Neftçala filialının rəhbəri İmanqulu Əliyev həm də "Bərpaçı Dizayner" MMC nin rəhbəridir. Qurumun Bakı 3 sayı filialının direktoru Sabir Qaragözov isə "Qaragözova" MMC və "Tərəqqi-2008"MMC adlı daha 2 şirkətin təsisçisidir. "Muğan LTD" şirkəti "Azəraqrartikinti" Saatlı filialının müdiri Bəybala Əkbərova məxsusdur. Bundan əlavə Əkbərovlar ailəsinin "Muğan SB" MMC adlı daha bir özəl şirkəti də var. Apardığımız araşdırmalardan aydın oldu ki, "Azəraqrartikinti"nin fəaliyyətdə olan 40-a yaxın filial rəhbərinin demək olar ki, hamısının özəl tikinti şirkəti qeydiyyatdan keçrilib. Bu şirkətlərdən çox güman ki, qanunsuz sifarişçi-podratçı əməliyyatlarında əlavə gəlir üçün istifadə edilir. Daha bir maraqlı məqam. "Azəraqrartikinti"nin Italiyanın "Eleca", "İmpronta", Fransanın OTV, Türkiyənin "Metabronz", "Turan Xəzinədarlığı", PIM PROCE, "Şuko", "Qranitas",Rusiyanın "Foton" , Almaniyanın "Rayzinq", PERI, "VIRTGEN" kimi şirkətləri ilə müştərək törəmə şirkətlər qurmaqla reallaşdırılmasını nəzərdə tutan layihələr də fiaskoya uğrayıb.Belə ehtimal edilir ki, sözügedən tikinti şirkətləri ilə əməkdaşlıq əslində xaricə kapital tranferi üçün ideal vasitədir. Ağalar Vəliyev həmişə vurğulayır ki, "Azəraqrartikinti" Səhmdar Cəmiyyətinin ən iri və mürəkkəb tikini layihələri reallaşdırmaq üçün güclü maddi-texniki bazası və kadr potensialı vardır. Yaşadığımız yüksək texnologiyalar əsrində belə iddialı mövqeyə malik bir şirkətin adi elektron məlumat bazasının və rəsmi saytının olmaması bütün bu bəyanatların inandırıcı olduğuna şübhələr yaradır. Axı necə ola bilər ki, Azərbaycanın tikinti sektorunun az qala bir nömrəli şirkətinin rəsmi məlumat portalı olmasın? Bizcə bu onunla əlaqədardır ki, Ağalar Vəliyev qapalı fəaliyyətə üstünlük verir. Bu isə "Azəraqrartikinti"nin biabırçı həddə olan durumunun geniş ictimaiyyətdən gizlədilməsinə xidmət edir. Qarşı tərəfi də dinləyə bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.