Rus bloqer talışların məşhur zarafatını paylaşdı - Video

10-01-2024, 18:13           
Rus bloqer talışların məşhur zarafatını paylaşdı - Video
Rusiyalı model və bloqer Svetlana Alekseevanın Madrid “Real”ının türkiyəli ulduzu Arda Gülərlə videosu gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, bloqer TikTok sosial şəbəkəsində məşhurlaşan və talışların məşhur zarafatı olan “bir dənə çay verərsən” videosunun səsi ilə paylaşım edib.

Bu görüntü həm Türkiyədə, həm də İspaniyada günün videosuna çevrilib.

Qeyd edək ki, Svetlana Alekseeva futbolçulara yaxınlığı ilə tanınan bloqerdir. Onun instaqramda 2 milyona yaxın izləyicisi var. S.Alekseeva həm də Kriştianu Ronaldo fanatı kimi tanınır. Bloqer portuqaliyalı ulduzun “Əl-Nəsr”dəki bütün matçlarını stadiondan izləyir.

Xatırladaq ki, son günlər bir çox məşhur bloqerlər bu zarafatla video çəkib paylaşırlar.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru