Navalnıdan sonra Putinin hədəfindəki şəxsin adı açıqlandı

22-02-2024, 08:04           
Navalnıdan sonra Putinin hədəfindəki şəxsin adı açıqlandı
Ötən həftə həbsxanada müəmmalı şəkildə dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalnıdan sonra Rusiya Prezidenti Vladimir Putinin hədəfindəki yeni şəxslə bağlı bir sıra iddialar irəli sürülüb.

“AzPolitika.info” xəbər verir ki, Rusiya mətbuatının yazdığına görə, Putinin yeni hədəfi Navalnının qardaşı Oleq Navalnıdır.

Rusiyanın “TASS” xəbər agentliyinin yaydığı məlumata görə, Oleq Navalnının adı Daxili İşlər Nazirliyinin “axtarılanlar siyahısına” daxil edilib. 40 yaşlı Navalnıya qarşı açılan cinayət işi ilə bağlı əlavə məlumat verilməyib.

Müxtəlif mənbələrin bildirdiyinə görə, Navalnı pandemiya dövründə insanları təxribata çəkdiyinə və qardaşının təşəbbüsü ilə hökumət əleyhinə nümayiş təşkil etdiyinə görə axtarışa verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru