Moskvada hakim “Vahid Rusiya” partiyasının ofisi yandırılıb-VİDEO

22-02-2024, 11:34           
Moskvada hakim “Vahid Rusiya” partiyasının ofisi yandırılıb-VİDEO
Moskvada hakim “Vahid Rusiya”partiyasının ofisi yandırılıb.
Yanğını törədənlər həbxsanada ölmüş müxakifət lideri Aleksey Navalnının qisasını almaq üçün etdiklərini bəyan ediblər.

“Vahid Rusiya” partiyasının Moskva vilyaətinin Dolqoprudnıdakı qəbul otağı fevralın 16-da axşam saatlarında yandırılıb. Naməlum şəxs Tsiolkovski küçəsindəki binaya yaxınlaşaraq qapıya “molotov kokteyli” atıb.

Yanğını yoldan keçənlər söndürüb.

Daha sonra anonim Telegram kanallarında yanğının videosu yayılıb.

“Vahid Rusiya”nın press-relizində göstərildiyi kimi, maskalı naməlum şəxs öz hərəkətini Aleksey Navalnının ölümünə görə qisas almaqla izah edib.

Mənbələrin məlumatına görə, fevralın 20-də Ekstremizmə Qarşı Mübarizə Mərkəzinin əməkdaşları şübhəli şəxsi saxlayıblar. Onun Ximkidəki “Qızıl açar” təhsil mərkəzinin 9-cu sinif şagirdi Vladimir Ç. olduğu üzə çıxıb. Faktla bağlı “Xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb.

“Vahid Rusiya”nın Moskva regional bölməsi katibinin müavini Denis Perepeletsinin sözlərinə görə, partiya yanğını terror aktı kimi qiymətləndirir.
Baza teleqram kanalı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.