Nəcməddin Sadıkov məhkəməyə ÇAĞRILDI

22-02-2024, 11:29           
Nəcməddin Sadıkov məhkəməyə ÇAĞRILDI
“Tərtər işi” üzrə təqsirli bilinərək məhkum edilmiş general Bəkir Orucov və digər zabitlər-Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədovun şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilk iclasda müdafiə tərəfi bir sıra vəsatətlər qaldırıb.

General Orucovun vəkili Elvin Rzayev və digər müdafiəçilərin ilk vəsatəti apellyasiya məhkəməsinin tam istintaqla aparılması ilə bağlı olub.

Vəkillər Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə zabitin məhkəməyə çağırılmasını istəyiblər. Müdafiə tərəfi həmin şəxslərin məhkəmədə deyəcəklərinin iş üçün əhəmiyyət kəsb etdiyini düşünür.

Hakim Elmar Rəhimov məhkəmənin istintaqla aparılması haqda vəsatəti təmin etməyib. N.Sadıkov və digərlərinin əlavə şahid kimi məhkəməyə çağırılması ilə bağlı vəsatət isə hələ ki, baxılmamış saxlanılıb. Hakim deyib ki, məhkəmə baxışının gedişində həmin vəsatət yenidən müzakirə ediləcək.

Proses fevralın 28-i davam edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.