Ukraynalı diversantlar Rusiya sərhədini keçdi? –

13-03-2024, 10:34           
Ukraynalı diversantlar Rusiya sərhədini keçdi? –
“Ukrayna Silahlı Qüvvələri Rusiya dövlət sərhədini pozmağa cəhd edərkən ümumilikdə 234 əsgərini itirib”.

SAVASH.ORG Rusiya mətnuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb .

Məlumatda bildirilir: “Ukraynanın dövlət sərhədini keçmək istəyən qüvvələri Rusiya Sərhəd Xidməti birləşmələrinin operativ müdaxiləsindən sonra geri çəkilməyə məcbur olub”.

Məlumatda həmçinin bildirilir ki, Ukrayna tərəfi yeddi tankını, ABŞ istehsalı olan 3 “Bradley” piyada döyüş maşınını və iki zirehli transportyorunu itirib.

Qeyd edək ki, bu gün, martın 12-də səhər saatlarında ukraynalı diversantlar tərəfindən sərhədi keçməyə cəhd edilib. Daha sonra Rusiya tərəfi etiraf edib ki, ukraynalıların sərhədi yarmaq cəhdləri marttın 10-dan etibarən müşahidə edilib və bu zaman Ukrayna Silahlı Qüvvələrinin 100-dən çox əsgəri məhv edilib.

Rəsmi Moskva eyni zamanda Ukrayna diversantlarının Rusiya Federasiyasının sərhədyanı rayonlarında yaşayış məntəqələrinə sızması ilə bağlı internetdə yayılmış məlumatları da təkzib edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru