İsrail “Hizbullah”a məxsus 4300-dən çox hədəfi vurdu

13-03-2024, 16:54           
İsrail “Hizbullah”a məxsus 4300-dən çox hədəfi vurdu
İsrail ordusu 5 ayda “Hizbullah”la qarşıdurmalarda 4300-dən çox hədəfi vurduğunu və nəticədə 300 nəfərin öldüyünü açıqlayıb.

Gununsesi.info xəbər verir ki, İsrail ordusunun açıqlamasına görə, Şimal Regional Komandanlığı və Hərbi Hava Qüvvələri 5 ay ərzində Livan və Suriyadakı Hizbullah hədəflərinə 1200-dən çox hava hücumu və 3100-dən çox quru hücumu həyata keçirib.

“Hizbullah”ın hərbi anbarları, hücum fəaliyyətləri üçün hazırlanmış binalar, silahlı ünsürlərin yerləşdiyi əməliyyat mərkəzləri bu hücumlara məruz qalıb.

Müharibə başlayandan bəri 5-i yüksək səviyyəli komandirlər də daxil olmaqla, 300-dən çox silahlı “Hizbullah” üzvü öldürülüb, 750-dən çox silahlı üzv isə yaralanıb.

Açıqlamada Şimal bölgəsindən həyata keçirilən intensiv hücumların “Hizbullah”ın hava və quru qüvvələri ilə yanaşı, yüksək rütbəli komandirlərinə də təsir etdiyi iddia edilib.

“Hizbullah” qüvvələrinin və sistemlərinin Livanın cənubundakı bölgələrdən çıxarılması üçün müvafiq bölgələrdə konkret basqınların həyata keçirildiyi vurğulanıb.

İsrail ordusunun verdiyi açıqlama ilə bağlı “Hizbullah” hələlik bir qiymətləndirmə aparmayıb.

İsrail ordusundan “Hizbullah” hədəflərinə edilən hücumla bağlı yazılı açıqlama verilib.

Açıqlamada İsrail ordusunun “Hizbullah”a aid olduğunu iddia edərək Suriyada iki hədəfə hücum təşkil etdiyi qeyd edilib.

Təl-Əviv administrasiyası Suriyada ona aid edilən hava və raket hücumlarına görə məsuliyyəti üzərinə götürməkdən çəkinir.

“Hizbullah” dünən verdiyi açıqlamada Livanın cənubundakı qarşıdurmalarda öz sıralarında ölənlərin sayının 240-a yüksəldiyini qeyd edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.