NATO Rusiya ordusunun itkilərini açıqladı

15-03-2024, 09:14           
NATO Rusiya ordusunun itkilərini açıqladı
Rusiya Silahlı Qüvvələri 2022-ci ilin fevralından 350 mindən çox itki verib.
Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Polşa Prezidenti Andjey Duda ilə Alyansın mənzil-qərargahında keçirilmiş mətbuat konfransında deyib.
Baş katib vurğulayıb ki, Ukrayna öz cəsarəti və yaradıcı yanaşması ilə “Rusiya hərbçilərini udmağın mümkünlüyünü nümayiş etdirib”.
“Rusiya kiçik nailiyyətlərə görə çox böyük bədəl ödəyir. Quruda Putinin müharibəsi artıq Rusiyaya 350 mindən çox hərbi itki verib”, – o, ölü və yaralıları nəzərə alaraq bildirib.
“Dənizdə Ukraynanın hücumları Rusiyanın Qara dəniz donanmasının əhəmiyyətli hissəsini batırıb və ya sıradan çıxarıb. Havada Ukrayna Rusiyanın əsas obyektlərini, o cümlədən bahalı kəşfiyyat təyyarələrini vurur”, – Stoltenberq qeyd edib.
Xatırladaq ki, ötən ilin noyabrında NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynadakı itkilərinin 300 mindən çox olduğunu açıqlamışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.