Makron Rusiyanı düşmən hesab etməkdən imtina edib

15-03-2024, 10:19           
Makron Rusiyanı düşmən hesab etməkdən imtina edib
Fransa prezidenti Emmanuel Makron Rusiyanı düşmən hesab etməkdən imtina edib.

32gun.az bildirir ki, bu barədə o , "France 2" telekanalına müsahibəsində bildirib .

Dövlət başçısı qeyd edib ki, Rusiya hazırda Fransanın rəqibidir, lakin ölkələr müharibə şəraitində deyil. Bununla belə, o, xəbərdarlıq edib ki, Moskva hamını münaqişəyə sürükləyən yeni eskalasiyaya qərar verərsə vəziyyət dəyişə bilər.

Eyni zamanda Makron bunun baş verməyəcəyinə ümid etdiyini bildirib.

Fransa lideri müsahibə zamanı Putinlə münasibətlərdən də danışıb . Onun sözlərinə görə, onlar pisləşməyib. Prezident qeyd edib ki, rusiyalı həmkarı ilə dialoqun olmamasında şəxsi heç nə görmür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru