“İcazə” blanklarına görə nə qədər pul ödənilməlidir? - SİYAHI

15-03-2024, 11:56           
“İcazə” blanklarına görə nə qədər pul ödənilməlidir? - SİYAHI
Nazirlər Kabineti “İcazə” blanklarının (jurnallarının) verilməsinə görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi haqqında qərar qəbul edib.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

“İcazə” blanklarının (jurnallarının) verilməsinə görə ödənilən haqqın məbləği aşağıdakı kimidir:

Sıra №-si “İcazə” blanklarının adı Xidmət haqqı (manatla)
1. İkitərəfli yükdaşımaları üçün “İcazə” blankı 40
2. İkitərəfli və tranzit yükdaşımaları üçün “İcazə” blankı 40
3. Tranzit yükdaşımaları üçün “İcazə” blankı 40
4. Üçüncü ölkəyə/ölkədən yükdaşımaları üçün “İcazə” blankı 40
5. İkitərəfli, tranzit və üçüncü ölkəyə/ölkədən yükdaşımaları üçün “İcazə” blankı 40
6. Beynəlxalq qeyri-müntəzəm sərnişindaşımaları üçün “İcazə” blankı 40
7. Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik “İcazə” blankı (jurnalları) 500
8. Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli qısamüddətli (aylıq) “İcazə” blanklı (jurnalı) 150












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru