Əhalinin banklarda nə qədər əmanəti var?

16-03-2024, 08:34           
Əhalinin banklarda nə qədər əmanəti var?
Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 10,0 faiz artaraq 2024-cü il fevral ayının 1-nə milli valyuta ekvivalentində 13116,2 milyon manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Qeyd olunub ki, əmanətlərin 65,0 faizi milli, 35,0 faizi xarici valyutada qoyulub.

Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz artıb, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 0,9 faiz azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru