Rusiyada hərbçinin yanağından çıxan əşya hər kəsi heyrətləndirdi - FOTO/VİDEO

16-03-2024, 16:14           
Rusiyada hərbçinin yanağından çıxan əşya hər kəsi heyrətləndirdi - FOTO/VİDEO
Rusiyada cərrah hərbçinin yanağından sursata bənzər əşya çıxarıb.

Əməliyyatın əks olunduğu video yerli “Telegram” kanallarında yayılıb.

Müdaxilədən əvvəl döyüşçü rentgen müayinəsindən keçib. Görüntüdə mütəxəssislər yad cisim aşkar ediblər, lakin onun mənşəyi məlum olmayıb. Əşyanın döyüş sursatı olduğu təxmin edilir. Təhlükəsizlik üçün cərrah gülləkeçirməz jilet, taktiki eynək və dəbilqə taxıb.

Müdaxilə zamanı həkim düyməli detonatora bənzər hissəsi olan silindrin kənarını görüb. Həmin an mütəxəssis partlayış baş verərsə, heç kimin xəsarət almaması üçün həmkarlarını otağı tərk etməyə çağırıb və işini davam etdirib.


Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru