“Qatil qoç” yetişdirmək istəyən genetik həbs olundu

17-03-2024, 10:56           
“Qatil qoç” yetişdirmək istəyən genetik həbs olundu
ABŞ-də həvəskar genetik Artur Şubart cinayət üstündə ələ keçib. Polis onu öz laboratoriyasında hibrid yaratmaq üçün nadir qoç növünün genləri ilə manipulyasiya edərkən yaxalayıb. “Alim” qoçdan ov iti düzəltmək istəyib və demək olar ki, uğur qazanıb.

80 yaşlı genetik səhrada eksperimental ferma yaradıb. O, Qırğızıstandan bir neçə Pamir qoçu gətizdirib. Bu heyvanların çəkisi 150 kiloqrama çatır, buynuzları isə metr yarım uzunluğundadır. Daşınması qadağan olunan canlıları gömrükdə adi qoç kimi qeydə alıblar.

İndi vəhşi heyvanların qaçaqmalçılığı, qeyri-qanuni genetik təcrübələr, sənədlərin saxtalaşdırılmasında ittiham olunan amerikalını ən azı 250 min dollar cərimə və 10 il həbs gözləyir.

Mənbə: kp.r.u












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.