Dünyanın ən sürətli elektromobili: Unikal “Rimac Nevera” - FOTO

18-03-2024, 15:04           
Dünyanın ən sürətli elektromobili: Unikal “Rimac Nevera” - FOTO
“Rimac Automobil” şirkətinin yaradıcısı Mate Rimats öz şəxsi hiperkarını - unikal “Rimac Nevera”nı nümayiş etdirib.

Şirkət rəhbəri rənglənməmiş karbon lifi ilə tünd qırmızı rənglərdə avtomobil seçib. Bundan əlavə, Xorvatiya əsilli sahibkar öz ölkəsinin bayrağını arxa görünüş güzgülərinə yerləşdirib.

Qeyd olunur ki, texniki cəhətdən bu “Nevera” istehsal modelindən heç də fərqlənmir.

“Rimac Nevera” 2018-ci ildə Cenevrə avtosalonunda rəsmi debüt edib. 1914 at gücü olan mühərrikə malik hiperkar 100 km/saat həddinə 1,8 saniyəyə sürətlənir və 2022-ci ildə 415 km/saat həddinə çataraq dünyanın ən sürətli elektrik avtomobilinə çevrilib.

“Rimac Nevera” hər birinin qiyməti 2 milyon dollardan çox olan 150 nüsxə həcmində buraxılıb.



Mənbə: championat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.