Rusiyanın NATO-ya qəfil zərbə ssenarisi...

18-03-2024, 10:49           
Rusiyanın NATO-ya qəfil zərbə ssenarisi...
Rusiya NATO-ya mümkün hücum üçün bir neçə planı nəzərdən keçirir və onlardan biri digərlərindən daha real görünür.

Axar.az xəbər verir ki, bunu Ukrayna Demokratik Təşəbbüslər Fondunun beynəlxalq təhlükəsizlik eksperti Taras Jovtenko deyib.

O bildirib ki, söhbət Rusiya xüsusi xidmət orqanlarının alyans ölkələrindən birinin ərazisində planlaşdıracağı məhdud hibrid əməliyyatdan gedir:

"Bu, daha realdır və alyansı qəfil yaxalaya bilər. Format tammiqyaslı müharibə deyil, məhdud hibrid əməliyyatdır. Bu, rusların NATO ölkələrindən birinə girib müəyyən ərazini ələ keçirə bilməsi ilə nəticələnə bilər".

Jovtenkonun sözlərinə görə, hücum iki formada nəzərdən keçirilir:

"Ya birbaşa Rusiyadan, ya da Belarus əraziləri vasitəsilə. Rusların hərəkətlərinin alqoritmi bir qədər Ukraynaya hücumu xatırladacaq - onlar ərazini yandırıb, sonra tərk edəcəklər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru