Bəzi sahibkarlıq subyektlərinin ölkəyə idxal etdiyi qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

19-03-2024, 11:58           
Bəzi sahibkarlıq subyektlərinin ölkəyə idxal etdiyi qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.Foodinfo.az xəbər verir ki, tədbirlər çərçivəsində cari ilin fevral ayında "BB 7" MMC tərəfindən ölkəyə gətirilmiş İran İslam Respublikasının “Maham Tejarat Dena Paydar” müəssisəsinin istehsalı olan 2000 kq zirinc, "AZNUR" MMC tərəfindən idxal edilmiş Belarus Respublikasının “AQROKOMBİNAT DZERJİNSKİY” müəssisəsinin istehsalı olan 1854 kq dondurulmuş toyuq filesi və “Azlat Food” MMC tərəfindən idxal edilmiş Rusiya Federasiyasının “AGRO-PLYUS” MMC-nin istehsalı olan 900 kq dondurulmuş hind quşu filesi məhsulu partiyalarından götürülmüş nümunələrin sınaq nəticəsinə əsasən, həmin məhsullarda uyğunsuzluq müəyyən olunub. Belə ki, idxal edilmiş zirinc məhsulunda kif-maya göbələkləri, dondurulmuş toyuq və hind quşu filesi məhsullarında isə Salmonella aşkarlanıb. Agentlik tərəfindən qida təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan məhsul partiyalarının məhv edilməsi və ya istehsalçı ölkəyə geri göndərilməsi barədə müvafiq qərarlar qəbul olunub. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.