“Kölgə adam”ın ölümü təsdiqləndi

19-03-2024, 12:11           
“Kölgə adam”ın ölümü təsdiqləndi
HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadasının komandir müavini Mərvan İsanın ölüm xəbəri təsdiqlənib.

Bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan məlumat verib.

“HƏMAS-da üç nömrəli adam olan Mərvan İsa ötən həftə İsrailin keçirdiyi əməliyyatda öldürülüb”, - o bildirib.

ABŞ prezidenti və İsrailin baş naziri bir aydan çox müddətdə ilk dəfə bu məsələ ilə bağlı telefon danışığı aparıb.

Qeyd edək ki, “Kölgə adam” ləqəbli Mərvan İsa oktyabrın 7-də İsrailə hücumu planlaşdıran və HƏMAS-ın hərbi əməliyyatlarına rəhbərlik edən üç yüksək səviyyəli HƏMAS liderindən biri olub. “Röyters” onun ölümü barədə məlumatı 12 martda yaysa da, rəsmilər araşdırma aparıldığını bildirmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru