Jurnalistin anasının ölümü ilə bağlı "Stimul Hospital"dan AÇIQLAMA

19-03-2024, 14:18           
Jurnalistin anasının ölümü ilə bağlı "Stimul Hospital"dan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün jurnalist Fərahim Qasimovun anası müalicə aldığı "Stimul Hospital"da vəfat edib.

Jurnalist anasının xəstəxanada sistem köçürülərkən öldüyünü bildirib.

“Dünən, bu gün anamla danışırdıq. Heç bir ciddi problemi yox idi. Tibb bacısı Mələk Abbasova yoxlama etmədən sistem köçürüb. Elə sistemdən sonra da anam vəfat edib. Həkimi İlham Hüseyn yaxasını kənara çəkir. Halbuki müalicəni o yazıb. Hələ bu azmış kimi anamı təcili yardımla evə göndərmək istəyiblər ki, guya evdə keçinib. Sonradan tez reanimasiyaya keçirib, süni tənəffüs aparatına bağlayıblar, guya müdaxilə ediblər, amma xilas etməyiblər. Halbuki anam elə sistem altında keçinmişdi”.

Məsələ ilə bağlı "Stimul Hospital"la əlaqə saxladıq.

“Klinikamızda ani ölüm faktı baş verib. Müvafiq orqanlar tərəfindən baxış keçirilib. Hazırda prokurorluq və digər müvafiq orqanların əməkdaşları klinikadadır. Məsələni nəzarətə götürüblər. Ekspertiza aparılır. Həkim həmkarımızla bağlı məlumat verə bilməyəcəyəm. Bir qeydiyyat işçisi olaraq xəstənin tam olaraq xəstəliyini bilmirik. Onu həkim, tibb bacısı müayinə edib, başqa bir şey bilmirik. Sadəcə məlumat verildi ki, xanım rəhmətə getdi. Biz yuxarı qalxanda artıq vəfat etmişdi. Meyitə baxış keçirilib. Araşdırmalar davam edir”, deyə bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.