İlon Mask depressiyadan əziyyət çəkir

20-03-2024, 13:14           
İlon Mask depressiyadan əziyyət çəkir
“SpaceX” və “Tesla”nın baş direktoru, “X” sahibi İlon Mask bəzən depressiyadan əziyyət çəkdiyini və iki həftədə bir dəfə ketamin dərmanı içdiyini etiraf edib.

Milyarderin sözlərinə görə, bəzən onun başında bir növ neqativ kimyəvi vəziyyət, bəlkə də depressiya yaranır. O bu vəziyyətin heç bir neqativ xəbərlə bağlı olmadığını bildirib.

Mask deyib ki, o, adətən gündə 16 saat işləyir, dəqiq və aydın düşünmək məcburiyyətindədir. Dərmanlar ona normallığı qorumağa kömək edir.

İş adamı depressiyasının anadangəlmə olduğunu hesab edir və dərmanlardan istifadəsinin şirkətlərinə və onların dövlət müqavilələrinə hansısa şəkildə təsir edəcəyini düşünmür.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru