Günəşdə iki güclü partlayış qeydə alındı - Yerə təsiri necə olacaq?

21-03-2024, 00:11           
Günəşdə iki güclü partlayış qeydə alındı -
Günəşdə iki yüksəkdərəcəli partlayış qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb.

“Martın 20-də Moskva vaxtı ilə saat 02:27-də (Bakı vaxtı ilə 03:27-də) rentgen diapazonunda 15 dəqiqə davam edən M2.1 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə saat 10:36-da isə rentgen diapazonunda 24 dəqiqə davam edən M7.4 partlayışı müşahidə olunub. Partlayış qısa radiodalğalarda kəsilmələrlə müşayiət olunub”, - deyə məlumatda bildirilib.

İkinci partlayışdan sonra Günəş rentgen şüalarının Yerin ionosferinə təsir səviyyəsi, kosmik hava məlumatlarına əsasən, beşlik şkala üzrə R2 (orta) səviyyəsinə yüksəlib.

Qeyd edək ki, Günəşdə partlayışlar Yerdə maqnit qasırğalarına səbəb olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru