İsrail ordusu “Əl-Şifa” xəstəxanasında 3 milyon dollar pul tapdı

21-03-2024, 10:44           
İsrail ordusu “Əl-Şifa” xəstəxanasında 3 milyon dollar pul tapdı
İsrail ordusunun xüsusi təyinatlı əsgərləri Qəzza zolağının şimalında yerləşən “Əl-Şifa” xəstəxanasında reyd keçirən zaman təxminən 3 milyon dollar nağd pul aşkarlayıblar.

Publika.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Xəstəxanada aparılan axtarışlar zamanı hərbçilər terrorizmi maliyyələşdirmək üçün nəzərdə tutulmuş 11 milyon şekel (təxminən 3 milyon dollar) və İordaniya dinarı aşkarlayıblar", - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, hərbçilər xəstəxananın yaxınlığındakı nəzarət-buraxılış məntəqəsi vasitəsilə 3,7 min qəzzalının anklavın cənubuna doğru hərəkət etməsinə icazə verib. Onlardan 300-dən çoxu terror fəaliyyətində iştirakda şübhəli bilinərək saxlanılıb. Onların arasında yüksək rütbəli terrorçu, o cümlədən Fələstin radikallarının silahlı birləşmələrində əsas mövqeləri tutanlar var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru