“Artıq iki ildən çoxdur ki, Xarkov Rusiyanın dəhşətli hücumlarına məruz qalır. Saltovka raketlərlə dağıdılıb, şəhərin digər ərazilərinə və küçələrinə ziyan dəyib. Bölgədəki kənd və qəsəbələr dağıdılıb. Bu gün Rusiya Xarkova növbəti zərbə endirdi. Bu heç nəyə təsir etməyəcək, ancaq Ukrayna bu hücuma daha əsaslı və dəqiq cavab verəcək”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski dünən xalqa müraciətində səsləndirib.
Onun sözlərinə görə, Ukraynanın Rusiya qoşunlarının hücumlarından əziyyət çəkən bütün regionlarının hava hücumundan müdafiəyə ehtiyacı var:
“Bunu hamı bilməlidir. Xarkova kifayət qədər hava hücumundan müdafiə sistemi lazımdır. Sumi rayonunun hava hücumundan müdafiəsinə ehtiyac var. Çerniqov vilayəti və Rusiyanın hücumlarından əziyyət çəkən bütün digər bölgələrimiz də həmçinin. Tərəfdaşlarımız bu cür müdafiə sistemlərinə malikdirlər”. Qeyd edək ki, dünən Rusiyanın Ukraynanın Xarkov vilayətinə endirdiyi raket zərbələri nəticəsində 5 nəfər həyatını itirib.