Ağciyər xərçənginə qarşı peyvənd hazırlanır

23-03-2024, 10:44           
Ağciyər xərçənginə qarşı peyvənd hazırlanır
Britaniya alimləri ağciyər xərçənginə qarşı dünyada ilk peyvənd hazırlayırlar ki, bu da xəstəliyin 90%-ə qədərinin qarşısını ala bilir.

Bir neçə xeyriyyə təşkilatının “LungVax” peyvəndinin üç min dozasını yaratmaq üçün komandaya 1,7 milyon funt sterlinq vəsait ayırdığı bildirilir. Dərmanın koronavirus peyvəndi ilə eyni şəkildə işləyəcəyi gözlənilir.

Dərman Oksford Universiteti və biofarmasevt şirkəti “AstraZeneca” tərəfindən hazırlanır. Peyvənd ağciyərlərdə xərçəng hüceyrələrini məhv etmək üçün bədənin immun sistemini aktivləşdirəcək.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru