Emin Ağalarov: “Bu terror aktı şəxsən mənə və ailəmə toxunub”

23-03-2024, 11:57           
Emin Ağalarov: “Bu terror aktı şəxsən mənə və ailəmə toxunub”
“Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov “Crocus City Hall”un konsert zalında törədilmiş terror aktı nəticəsində ölənlərin ailələrinə başsağlığı verib, bu terror aktının onun ailəsinə də təsir etdiyini vurğulayıb.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı o, “Instagram” hesabında paylaşım edib.

“Crocus City Hall”da baş vermiş dəhşətli hadisələrlə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Bu terror aktı hər kəs üçün dəhşətli faciədir, şəxsən mənə və ailəmə toxunub. Kədərimizi təsvir edəcək söz tapmıram”, - Ağalarov qeyd edib.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Hadisə zamanı 62 nəfər ölüb, 147 nəfər yaralanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.