ŞOK: 5 azərbaycanlı terrorçu da Qırğızıstanı qarışdıracaqmış... - TƏFƏRRÜAT

23-03-2024, 17:35           
ŞOK: 5 azərbaycanlı terrorçu da Qırğızıstanı qarışdıracaqmış... - TƏFƏRRÜAT
Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi transmilli cinayətkar qruplaşmanın üzvü olan 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, kəşfiyyat xidmətinin məlumatına görə, saxlanılanlar respublika rəhbərliyinə sui-qəsd planlaşdırıblar.

Saxlanılanların Əliyev V. M., Bağxirov S. A., Əsgərov M. O., Behbudov M. S. və Məmmədov Z. İ. olduqları bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, kriminal aləmdə “avara” ( "brodyaqa" TERef yazır ki, belə bir status yoxdur, sadəcə kriminal aləmdə özünü tanıyan oğlanların bir birnə müraciət formasıdır) statusuna malik olan Əsgərov Qırğızıstana dövlətinin mütəşəkkil cinayətkar qruplaşmalara qarşı həyata keçirdiyi fəal mübarizə siyasətinə görə ölkə rəhbərliyinə sui-qəsd cəhdi təşkil etmək məqsədi ilə ölkəyə gəlib.

Əməliyyat tədbirləri martın 22-də keçirilib. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru