Avstraliyada elmə məlum olmayan tüklü böcək aşkarlandı

24-03-2024, 13:04           
Avstraliyada elmə məlum olmayan tüklü böcək aşkarlandı
Avstraliyada əvvəllər alimlərə məlum olmayan tüklü böcək tapılıb.

Böcək Avstraliyanın Kvinslend əyalətindən olan, entomologiya (həşəratları öyrənən elm) ilə məşğul olan alim Ceyms Tvid tərəfindən aşkarlanıb.

Alim böcəyə təbiətdə gəzinti zamanı rast gəlib.

Diqqətlə böcəyə baxış keçirən Ceyms Tvid qarşısında elmə məlum olmayan bir böcək olduğunu müəyyən edib.

O qeyd edib ki, böcək təxminən bir santimetr uzunluğundadır və uzun tüklərlə örtülüb.

Ceyms Tvid əvvəlcə tapdığı böcəyin fotosunu “Facebook” səhifəsində yerləşdirib, daha sonra tapıntını ölkənin bütün həşəratlarının qeydiyyatını aparan mərkəzə gətirib. Öz növbəsində, həmkarlarından da heç kim daha əvvəl oxşar böcəklə qarşılaşmadıqlarını bildiriblər.

Yekdilliklə belə qərara gəlinib ki, bu, uzunbuynuzlu böcəyin yeni bir növü olan Excastra albopilosa böcəyidir.

Mənbə: BBC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru