"Crocus" holdinqin ticarət mərkəzləri fəaliyyətini dayandırdı

25-03-2024, 17:05           
"Crocus" holdinqin ticarət mərkəzləri fəaliyyətini dayandırdı
“Vegas Crocus City”, “Vegas Kuntsevo” və “Vegas Kashirskoye” ticarət mərkəzləri martın 25-dən qeyri-müəyyən müddətə bağlanıb.

Adalet.az xəbər verir ki, bu barədə “Vegas” ticarət mərkəzinin səhifəsində məlumat verilib.

“Alış-veriş və əyləncə komplekslərinə nə vaxt baş çəkməyin mümkün olacağı barədə sizə mütləq məlumat verəcəyik. Anlayışınız və əlaqə saxladığınız üçün təşəkkür edirik”, - məlumatda deyilir.

"Vegas" ticarət mərkəzləri "Crocus City Hall" konsert zalının sahibi olan "Crocus Group"a məxsusdur.

Bundan əvvəl şirkətin prezidenti Araz Ağalarov bildirib ki, şirkət Rusiyada bina və tikililərin tikintisi üzrə fəaliyyətini davam etdirmək niyyətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru