Okeanda yeni plastik “adalar” əmələ gəlib

26-03-2024, 15:58           
Okeanda yeni plastik “adalar” əmələ gəlib
Mütəxəssislər dünya okeanlarında polimer tullantılarının yeni çirklənmə zonalarının müəyyən edilməsi barədə məlumat veriblər.

Tədqiqatın əsas nəticələri “Environmental Science & Technology” (ES&T) jurnalında dərc olunub.

Alimlər beş həftəlik ekspedisiya həyata keçiriblər və bu ekspedisiya zamanı Vankuver, Kanada və Sinqapur arasında Sakit Okeanın şimalındakı səth sularından nümunələr götürüblər.

Onlar qeyd olunan ərazilərdə plastik tullantılarından yeni “adalar” əmələ gəldiyini bildiriblər.

Sakit Okeanın qorunan ərazilərində yüksək konsentrasiyalı plastikin aşkarlanması alimləri şoka salıb və bunun proqnozlaşdırma modellərinin gözləntilərinə zidd olduğu vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru