"Mümkün deyil!" - Dövlət Duması "Crocus"un bərpasına qarşıdır

27-03-2024, 11:14           
"Mümkün deyil!" - Dövlət Duması "Crocus"un bərpasına qarşıdır
Rusiya Dövlət Dumasının nümayəndələri “Crocus City Hall”un bərpasına qarşı çıxır.

TEREF bu barədə “Vestnik Kavkaza” istinadən xəbər verir.

Dumanın mədəniyyət komitəsi nümayəndəsinin müavini Yelena Drapeko belə bir yerdə əyləncə obyektinin yaradılmasının düzgün olmadığını bildirib. O, ərazidə məbəd və ya xatirə meydanı təşkil etməyi məsləhət görüb.

Yelena Drapekonun sözlərinə görə, buranın yenidən sevinclə dolması üçün kifayət qədər vaxt keçməlidir. Eyni zamanda o xatırladıb ki, zalın yerləşdiyi torpaq sahəsi sahibkarlar Araz və Emin Ağalarovun mülkiyyətindədir. Ona görə də burada qeyri-kommersiya obyekti tikmək mübahisəli məsələdir.

Dövlət Dumasının deputatı Tatyana Butskaya da eyni fikri ifadə edərək bildirib ki, faciə yerində konsertlər və şoular təşkil etmək doğru deyil. Deputat konsert zalının əvəzinə faciə qurbanlarının xatirəsinə abidənin yaradılmasını təklif edib. \\KONKRET.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.